...

Bakı şəhər prokuroru və müavini tutduqları vəzifədən azad olunublar

Siyasət Materials 14 Mart 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Bakı şəhər prokuroru Ədalət Mirsalamov və müavini Hafiz Babayev baş prokuror Zakir Qaralovun əmri ilə tutduqları vəzifədən azad olunub. Bakı Şəhər Prokurorluğundan bildirilib ki, Mirsalamov və Babayev işdə yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar. Hələlik onların yerinə təyinat verilməyib. Respublika Prokurorluğundan şəhər prokurorluğunda kadr dəyişikliklərinin aparıldığı təsdiqlənib və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti