...

Qoşunların təmas xəttində monitorinq insidentsiz keçib

Siyasət Materials 14 Mart 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ ATƏT -in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində növbəti monitorinq keçirilib. Monitorinq zamanı insident baş verməyib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Günter Folk aparıblar. Təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Miroslav Vımetal yerinə yetiriblər.

Xəbər lenti

Xəbər lenti