...

Bir qrup prokurorluq orqanı əməkdaşı vəzifədən azad olunub

Siyasət Materials 14 Mart 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bakı şəhər prokuroru, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Ədalət Mirsalamlı və şəhər prokurorluğunun birinci müavini, baş ədliyyə müşaviri Hafiz Babayev tutduqları vəzifədən azad olunub.

Respublika Prokurorluğunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev bildirib ki, baş prokurorun 13 mart tarixli əmri ilə Bakı şəhər prokurorluğunun fəaliyyətinə rəhbərliyi və işin düzgün təşkilini zəruri tələblər səviyyəsində təmin edə bilmədiklərinə, şəhər prokurorluğunun Mərkəzi Aparatının və tabe rayon prokurorluqlarının normal iş ahənginin pozulması ilə nəticələnən çatışmazlıqlara yol verdiklərinə, şəhər prokurorluq orqanlarının işinin səmərəliliyinin artırılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən onlara verilmiş tövsiyyələrdən lazımı nəticələr çıxarmadıqlarına görə işdən çıxarılıblar.

Həmçinin Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin, ibtidai istintaq və təhqiqat üzərində nəzarətinin daha da gücləndirilməsi haqqında" əmrin tələblərinin pozuntusu hallarına, konkret cinayət işlərinin istintaqı zamanı işlərin məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılmasına səbəb olan ciddi nöqsan və qanun pozuntularına yol verdiklərinə görə Bakı şəhər prokurorluğu və tabe rayon prokurorluqlarının bir qrup əməkdaşı vəzifədən azad edilib, şiddətli töhmət və töhmət növündə intizam məsuliyyətinə cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti