...

Müsavat Partiyası Məclisinə seçilmək üçün namizədlərin irəli sürülməsinə başlanılıb

Siyasət Materials 14 Mart 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasında Məclis üzvlüyünə seçilmək üçün iddialı şəxslər 28 yer uğrunda mübarizə aparacaq. Martın 14-dən Məclis üzvlüyünə seçilmək üçün namizədliyini verən şəxslərin ərizələrinin qəbuluna başlanılıb. Bu gün artıq bir neçə şəxs namizəd olmaq üçün ərizəsini təşkilat komitəsinə təqdim edib. Ərizələrin qəbulu martın 27-dək davam edəcək. Martın 31-də keçiriləcək Məclisin iclasında isə boş qalmış yerlərə seçkilər olacaq.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti