...

Azərbaycan-Ukrayna Parlamentlərarası Assambleyası yaradıla bilər

Siyasət Materials 14 Mart 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ukraynada səfərdə olan Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri bu ölkənin Ali Radasının sədri Aleksandr Morozla görüşüblər. Nümayəndə heyətinə Fərrux Zeynalov, Adil Əliyev, Rövşən Rzayev və Əli Məsimli daxildir.

A.Moroz Ukraynadakı ictimai-siyasi vəziyyətdən danışıb, iki dost ölkənin parlamentlərarası əməkdaşlığını genişləndirilməyə və dərinləşdirməyə səy göstərdiyini vurğulayıb.

Fərrux Zeynalov Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını Aleksandr Moroza çatdıraraq, ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair aktual məsələlərlə bağlı ukraynalı həmkarları ilə aparılan danışıqlar barədə məlumat verib.

Görüşdə Ali Rada və Milli Məclis arasında qanun yaradıcılığı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Ukrayna Parlamentlərarası Assambleyasının yaradılmasının zəruriliyi barədə ümumi rəyə gəliblər.

Xəbər lenti

Xəbər lenti