...

Böyük Quruluş Partiyası gələn il Azərbaycanda keçiriləcək prezident seçkisində öz namizədi ilə iştirak edəcək

Siyasət Materials 15 Mart 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyası (BQP) 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisində öz namizədi ilə iştirak edəcək. Bu barədə BQP-nin sədri Fazil Qəzənfəroğlu açıqlama verib.

O bildirib ki, aprelin 10-da BQP Məclisinin iclası keçiriləcək. Həmin iclasda gələnilki seçkilərlə bağlı müzakirələr aparılacaq və partiyanın seçkidə öz namizədi ilə iştirak etməsinə dair qərar çıxarılacaq. Partiyanın namizədi isə sədr Fazil Qəzənfəroğlu olacaq. Qəzəfəroğlunun sözlərinə görə, prezident seçkisində onun namizədliyi partiyanın Məclisi tərəfindən irəli sürüləcək.

BQP rəhbəri onu da deyib ki, seçkidə müxalifət düşərgəsini təmsil edən bütün namizədlərin şansı dəyərləndiriləcək və ən real namizəd digərləri tərəfindən dəstəklənə bilər.

Müxalifəti təmsil edən BQP 2003-cü ildə yaradılıb. Partiyanın sədri F.Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti