...

Sumqayıt müsavatçıları şəhər icra hakimiyyətinə müraciət ediblər

Siyasət Materials 15 Mart 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı martın 25-də keçirəcəyi etiraz aksiyası ilə bağlı martın 15-də Sumqayıt şəhər icra hakimiyyətinə məktubla müraciət edib. Bu barədə Müsavatın Sumqayıt şəhər təşkilatının sədri, deputat İkram İsrafil məlumat verib.

Sumqayıt müsavatçıları şəhərdə bir neçə iri sənaye müəssisəsinin bağlanması və nəticədə minlərlə insanın işsiz qalmasına etiraz edirlər.

Müraciətdə mitinqin keçirilməsi üçün üç ünvan təklif olunub - Kimyaçılar Sarayının, Sumqayıt şəhər icra Hakimiyyətinin və Azərkimya Dövlət Şirkətinin binasının qarşısı.

Deputat İ.İsrafil qeyd edib ki, mitinqi martın 25-də saat 16.00-da bu üç ünvandan birində keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti