...

Milli Məclisdə deputatlar arasında əlbəyaxa döyüş olub

Siyasət Materials 16 Mart 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin bu günkü iclasında hökumətin hesabatı zamanı deputatlar arasında əlbəyaxa döyüş olub. Hökümətin hesabatına etiraz edən millət vəkili Hüseyn Abdullayevin sözünü spiker Oqtay Əsədov kəsdikdən sonra yerlərdən deputatlar da onun çıxışına etiraz ediblər. Hesabata etiraz edən Abdullaev bildirib ki, bu sənəd xalqa və deputatlara qarşı təhqirdir. Onun fikrincə, hesabatda reallıq əks olunmur və o qəbul edilməməlidir.

Mübahisə Ana Vətən Partiyanın sədri Fəzail Ağamalı ilə Hüseyn Abdullyaev arasında təhqir, söyüş və əlbəyaxa döyüşlə nəticələnib.

Xəbər lenti

Xəbər lenti