...

YAP rəsmisi: Partiyanın sədr müavininin bəyanatları ilə bağlı ölçü götürüləcək

Siyasət Materials 16 Mart 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ. Əlizadə/ YAP icra katibinin müavini Səyavuş Novruzov bu gün jurnalistlərə bildirib ki, partiyanın sədr müavini Sirus Təbrizlinin məsələsi patiyanın idarə heyətində müzakirə olunacaq və onun haqqında ölçü götürüləcək.

Novruzov qeyd edib ki, Təbrizlinin YAP icra katibi Əli Əhmədov və prezidentin icra appratının rəhbəri Ramiz Mehdiyev haqqında səsləndirdiyi fikirlər böhtan xarakteri daşıyır: "Əli Əhmədov YAP-ın qızıl fondu sayılan "91"lərdən biridir. 1992-ci ildən partiyanın üzvüdür. Hazırda icra katibi kimi vəzifəsini davam etdirir". Novruzov onu da bildirib ki, hakim partiyanın daxilində Ə.Əhmədovla bağlı heç bir narazılıq yoxdur.

Ramiz Mehdiyevə gəldikdə isə, Novruzov deyib ki, o, prezidentin icra aparatının rəhbəri kimi, üzərinə düşən vəzifəni layiqincə yeriniə yetirir və prezident ona etimad göstərir.

Xəbər lenti

Xəbər lenti