...

Budapeşt Apellyasiya Məhkəməsinin qərarı vəkillərə martın 25-də veriləcək

Siyasət Materials 17 Mart 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov həbsxanadan yenidən istintaq təcridxanasına köçürülüb. Səfərovun ailəsi və Müdafiə Nazirliyinin məhkəmədəki nümayəndəsi, vəkil İkram Şirinov Trend ə bildirib ki, azərbaycanlı zabitin barəsindəki ikinci işlə bağlı hökmdən apellyasiya şikayəti verilməsi ilə əlaqədar Səfərov yenidən təcridxanaya köçürülüb. Şirinovun sözlərinə görə, bununla bağlı Səfərovun macar vəkilləri vəsatət verib. İkinci işlə bağlı Apellyasiya Məhkəməsinin qərarından sonra Səfərov yenidən həbsxanaya köçürüləcək.

Səfərovun macar vəkilləri Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmndən verilən apellyasiya şikayəti üzrə çıxarılan qərarın onlara martın 25-də veriləcəyini bildiriblər. Hər iki iş üzrə məhkəmə qərarları alınandan sonra azərbaycanlı vəkilə təqdim olunacaq.

Şirinov bundan sonra birinci işlə bağlı kassasiya, ikinci iş üzrə apellyasiya şikayətlərinin hazırlanacağını qeyd edib.

İstintaq təcridxanasının nəzarətçilərinə tabe olmamaqda ittiham olunan Səfərova ötən il noyabrın 17-də Budapeştin rayon məhkəməsinin hökmü ilə 8 ay şərti iş verilib.

Xəbər lenti

Xəbər lenti