...

Nyu-Dehlidə Azərbaycan və Hindistan XİN-ləri arasında məsləhətləşmələr aparılıb

Siyasət Materials 17 Mart 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 13-15-də Nyu-Dehlidə Azərbaycan və Hindistan XİN-ləri arasında məsləhətləşmələr aparılıb. Bu məqsədlə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 13-dən 15-dək Hindistanda səfərdə olub.

X.Xələfov martın 14-də Hindistan-MDB Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən Nyu Dehlidə yerləşən "PHD House"-da Azərbaycan iqtisadiyyatına həsr edilmiş təqdimat mərasimində iştirak edib.

X.Xələfov təqdimat mərasimində iştirak edən Hindistanın işgüzar dairələrinin nümayəndələri qarşısında çıxış edib. O, Azərbaycanın Hindistanla əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edərək, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və regional layihələr - BTC neft, BTƏ qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, ülkə iqtisadiyyatına qoyulmuş xarici sərmayələr, Azərbaycanın dğnya və Avropa bazarlarına inteqrasiyası barədə məlumat vermiş, ölkəmizin Hindistanla ticarət və iqtisadi əlaqələri genişləndirmək arzusunda olduğunu bildirib.

Martın 15-də X.Xələfov Hindistanın Baş Nazirinin iqamətgahı yanında yerləşən "Heydərabad House"-da Hindistan XİN-in Şərq ğzrə katibi N.Ravi ilə XİN-lərarası məsləhətləşmələr keçirib, Azərbaycanla Hindistan arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. X.Xələfov məsləhətləşmələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ərazimizin 20%-nin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı, bir milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, münaqişənin ATƏT-in Minsk qrupu zərzivəsində sülh yolu ilə həlli prosesi, həmzinin Azərbaycanın ədalətli müvqeyini hərtərəfli izah etib. Azərbaycan nümayəndə heyəti məsləhətləşmələr zamanı, həmzinin ölkəmizin Hindistandakı səfirliyinin fəaliyyətinin lazımi səviyyədə qurulması məqsədilə Nyu Dehli şəhərində səfirliyin binasının tikilməsi üçün torpaq sahəsi ayrılması məsələsini də qaldırıb.

Bundan sonra Hindistan Xarici İşlər Nazirliyində xarici işlər üzrə dövlət naziri E.Ahamedlə görüş keçirilib. Görüşdə Azərbaycanla Hindistan arasında mğnasibətlərin inkişafına, eyni zamanda beynəlxalq təşkilatlarda mövqelərin qarşılıqlı dəstəklənməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti martın 15-də Hindistanın Ticarət və Sənaye Nazirliyində ticarət ıüzrə dövlət naziri Cayram Rameşlə görüşüb. Gürüş zamanı Azərbaycan və Hindistan arasında hökumətlərarası ticarət, iqtisadi və elmi əməkdaşlıq üzrə işçi komissiyanın yaradılmasına dair sazişin imzalanmağa hazır olduğu bildirilib və bu məqsədlə C.Rameşin Bakıya səfərinin tarixləri təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti