...

Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv etdi

Siyasət Materials 19 Mart 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Baş prokuror Zakir Qaralovun təqdimatı əsasında deputat Hüseyn Abdullayevin deputat toxunulmazlığı ləğv edilib.

Martın 16-də millət vəkilləri Hüseyn Abdullayevlə Fəzail Ağamalı arasında baş verən qalmaqalla bağlı müzakirələrdən sonra, məsələ səsverməyə çıxarılıb və ilkin səsvermə zamanı Abdullaeyin toxunulmazlığının ləğvi ilə bağlı 74 deputat lehinə, 13 əleyhinə səs verib, beş nəfər bitərəf qalıb, 3 deputat səsvermədə iştirak etməyib. Spiker Oqtay Əsədovun təkidi ilə məsələ ikinci dəfə səsverməyə çıxarılıb və bu dəfə 79 millət vəkili qərarın leyhinə, 15 əleyhinə səs verib. Beş nəfər bitərəf qalıb, üç nəfər səsvermədə iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti