...

Deputat Hüseyn Abdullayevin hüquqlarını müdafiə komitəsini yaratmaq cəhbi baş tutmayıb

Siyasət Materials 19 Mart 2007 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Deputat Hüseyn Abdullayevin qohumları onun siyasi motivlərlə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı fikirləri təkzib edir. Bunu Hüseyn Abdullayevin vəkili Ramiz Zeynalov bu günkü mətbuat konfransında bəyan edib.

Konfransın gedişində Abdullayevin atası ilə telefon əlaqəsi saxladığını bildirən vəkil deputatın atası Abbas Abdullayevin sözlərini iştirakçılara çatdırıb. Abdullayevin atası deyib ki, ailəsi mərhum Heydər Əliyevin və prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və bu fikirdən dönməyəcək.

Mətbuat konfransında iştirak edən, Hüseyn Abdullayevin saxlanıldığını, bunun siyasi motivlərlə edildiyini deyən və onun hüquqlarını müdafiə komitəsi yaratmaq təşəbbüsülə çıxış edən jurnalist Eynulla Fətullayev isə bəyan edib ki, Abdullayev bu gün səhər saat 10.00 radələrində İçərişəhərdə naməlum şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Fikir ayrılıqlarından sonra müdafiə komitəsinin yaradılması cəhdi baş tutmayıb və konfransın işi pozulub.

Xəbər lenti

Xəbər lenti