...

Azərbaycan XİN rəhbəri BMT-nin Baş Katibi ilə görüşüb

Siyasət Materials 21 Mart 2007 12:06 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri BMT-nin Baş Katibi ilə görüşüb

Azərbaycan,Bakı/müxbir " A.İsmayılova/Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hazırki mərhələsi martın 20-də Nyu-Yorkda BMT-nin mənzil qərargahında Azərbaycanın xarici işlər naziri Elmar Mmmədyarovun BMT-nin Baş Katibi Ban Gi Munla görüşündə müzakirə edilib. Bu barədə Trend ə Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehtiyev məlumat verib.

Azərbaycanın xarici işlər naziri Azərbaycanın mövqeyini açıqlayaraq bildirib ki, bir sıra beynəlxalq təşkilatların, həmçinin BMT-nin regional münaqişələrin həllinə fəal olaraq qoşulması onların beynəlxalq hüququn qəbul olunmuş ümumi norma və prinsipləri bazasında, həmçinin suverenitet və ərazi bütövlüyü prinsipləri çərçivəsində tezliklə həll olunmasına imkan verəcək.

Məmmədyarov çıxarma sənayesində transparentliyin yüksəlməsi barədə məlumatlandıraraq qeyd edib ki, Azərbaycan bu sahədə təcrübəsi ilə BMT-nin iştirakçı dövlətləri ilə bölüşməyə hazırdır.

Bu gün Azərbaycanın xarici işlər naziri Vaşinqtona gəlib.

Xəbər lenti

Xəbər lenti