...

Azərbaycan prezidenti Peterburqda keçiriləcək iqtisadi foruma dəvət olunub

Siyasət Materials 28 Mart 2007 11:59 (UTC +04:00)
Azərbaycan prezidenti Peterburqda keçiriləcək iqtisadi foruma dəvət olunub

RF prezidenti Vladimir Putin Kremldə Azərbaycan prezidenti İlham Əliyevlə işçi görüş keçirib. Görüş öncəsi o, deyib ki, "Azərbaycan prezidentinin görüşmək və söhbət etmək üçün istənilən imkan tapdığına görə məmnundur". Qonağa müraciət edən RF prezidenti qeyd edib ki, Azərbaycan prezidenti "həmişə arzuolunan qonaqdır".

Putin bir sıra iqtisadi məsələləri müzakirə etməyi təklif edib və Azərbaycan prezidentini iyunda Sankt-Peterburqda keçiriləcək beynəlxalq iqtisadi forum və MDB sammitinə dəvət edib. İlham Əliyev öz növbəsində qeyd edib ki, ikitərəfli məsələləri və regiondakı vəziyyəti müzakirə etməyə hazırdır. "Rusiya və Azərbaycan arasında sıx qarşılıqı münasibətlər ən çox regiondakı proseslərdən asılıdır", deyə o, qeyd edib.

Azərbaycan lideri qeyd edib ki, iki ölkə arasında "sabit, dostluq, əməkdaşlıq münasibətləri" qurulub və Azərbaycan bununla fəxr edir. O, bildirib ki, sözsüz ki, Peterburq forumunda iştirak edəcək. Bu barədə İTAR-TASS məlumat verib.

Xəbər lenti

Xəbər lenti