...

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi

Siyasət Materials 28 Mart 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası növbəti etiraz aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Müraciət martın 28-də Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub. Məktubda Müsavat Partiyasının aprelin 29-da metronun "Həzi Aslanov" stansiyasından yürüşlə başlayaraq "Ukrayna" meydanında mitinq keçirəcəyi barədə məlumat verilir. Partiya Azərbaycanda ererjidaşıyıcıların, kommunal xidmətlərin qiymətinin bahalaşmasına etiraz edir.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Hazırda partiya beş deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti