...

Rusiya Federasiya Şurasının rəhbəri:Azərbaycanda Rusiya mədəniyyətinə qayğılı münasibət xalqların yaxınlaşmasına xidmət edir

Siyasət Materials 28 Mart 2007 16:23 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Rusiya strateji əməkdaşlardır və ölkələrimiz arasında bir çox istiqamətlərdə dinamik inkişaf nəzərə çarpır. Bu barədə Rusiya Federasiya Şurasının rəhbəri Sergey Mironov Bakı Slavyan Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edərkən bəyan edib.

Mironov Azərbaycanda Rusiya mədəniyyəti və rus dilinə qayğılı münasibətə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, bu, xalqların yaxınlaşmasına xidmət edir. Parlamentlərarası münasibətlərin uğurlu inkişafını qeyd edərək Federasiya Şurası rəhbəri vurğulayıb ki, iki ölkə iqtisadi əməkdaşlığın inkişafı üçün hüquqi əsasın hazırlanması üzərində işləməyə və iş adamlarının fəaliyyətini yüngülləşdirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti