...

Sergey Mironov: "Rusiya və Azərbaycan arasındakı münasibətlər ən etibarlı və dəstəklələnəndir"

Siyasət Materials 28 Mart 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Rusiya strateji tərəfdaş hesab olunur və bizim ölkələrimiz arasındakı əlaqələr ən etibarlı və dəstəklənəndir. Bu barədə Azərbaycana səfərinin yekununa həsr olunmuş mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Sergey Mironov bildirib. O, Azərbaycan rəhbərliyi ilə keçirilmiş danışıqları razılıqla qeyd edərək, ikitərəfli əməkdaşlığa dair dövlətlər arasında olan ən aktual məsələlər ətrafında müzakirələr aparıldığını bildirib.

Mironov Azərbaycanada rus mədəniyyətinə və rus dilinə yönələn qayğını xüsusilə qeyd edərək, Azərbaycanın postsovet məkanında rus dilinə bu qədər əhəmiyyət verildiyi yeganə ölkə olduğunu bildirib. Onun sözlərinə görə, bu, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına xidmət edir.

Parlamentlərarası əlaqələrin uğurlu inkişafından danışan Federasiya Şurasının sədri Bakıda demokratiyanın inkişafının monitorinqi, parlamentarizm və MDB Parlamentlərarası Assambleyasına üzv dövlətlərin vətəndaşlarının seçici hüquqlarına əməl olunması, dövlətlərarası institutun filalının yaradılması barədə protokol imzalalanmasına xüsusi əhəmiyyət verib. Mironov xüsusi qeyd edib ki, ilk filialın Bakıda yaradılması, "Azərbaycanın Parlamentlərarası Assambleyadakı xüsusi nüfuzundan xəbər verir". "Niyə demokratiyanı bizə müxtəlif qonaqlar öyrətməlidir? Nəyə görə Birlik ölkələri özləri demokratiyanın inkişafı və insan hüquqları sahəsində monitorinq apara bilmirlər?"- deyə Mironov qeyd edib.

Mətbuat konfransı zamanı Azərbaycan parlamentinin spiker Oqtay Əsədov Azərbaycanda rus mədəniyyətinə, rus dilinə olan xüsusi qayğıdan bəhs edərək, 30-dan çox ali məktəbdə, 460 orta məktəbdə rus dilinin tədris olunduğunu, rusca onlarla qəzet və jurnal çap olunduğunu bildirib. Onun sözlərinə görə, bu, "xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir".

Xəbər lenti

Xəbər lenti