...

AŞPA-in Azərbaycan üzrə həmməruzəçisi Monitorinq Komitəsinə məktub ünvanlayıb

Siyasət Materials 28 Mart 2007 18:32 (UTC +04:00)
AŞPA-in Azərbaycan üzrə həmməruzəçisi Monitorinq Komitəsinə məktub ünvanlayıb

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Bizim məruzəmiz Azərbaycanın müəyyən sahələrdə göstərdiyi səyi əks etdirir ki, bura da Seçki Məcəlləsi və sərbəst toplaşmaq haqqında qanuna yenidən baxılması istiqamətində Venesiya Komissiyası ilə əməkdaşlıq, hakimlərin sayının artırılması və Avropa Şurasının köməyi ilə yeni hakimlərin seçilməsi üçün imtahanların təşkil olunması, İnsan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının yenicə qəbul olunması, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutması daxildir. Bu barədə təşkilatın bu günkü yığıncağında iştirak edə bilməyən ATƏT-in həmməruzəçisi Toni Lloydun məktubunda göstərilib.

O qeyd edib ki, məruzə beynəlxalq standartlara uyğun prezident seçkilərinin keçirilməsi ilə bağlı sahələri, iqtidar-müxalifət dialoqunun aparılması, vəkillərin sayının artırılması, azad mətbuat üçün lazımi şəraitin yaradılması və ANS-lə bağlı problemin son həllini təmin edəcək məsələləri əhatə edir.

Xəbər lenti

Xəbər lenti