...

Müxalifət partiyaları 1918-ci il soyqırımlarının təbliğ olunmamasından şikayətlənir

Siyasət Materials 29 Mart 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi şəkildə törədilmiş soyqırımlar geniş təbliğ olunmur, bu barədə kitablar yazılmır, lazımi şəkildə təbliğat işləri aparılmır. Bu tənqidlər martın 29-da "Ədalət" və "Azadlıq" partiyalarının birgə təşkilatçılığı ilə keçirilən "31 mart - azərbaycanlıların soyqırımı" mövzusunda keçirilən dəyirmi masada səsləndirilib.

Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, AXCP sədrinin müavini Nurəddin Məmmədli və digərləri çıxışlarında qeyd ediblər ki, Azərbaycanın tarixi faciələri, zaman-zaman torpaqlarının işğal olunması, həmçinin 1905, 1918-ci illərdə ermənilər tərəfindən soyqırımlara məruz qalması dünya ictimaiyyətinə çatdırılmır, bu sahəyə vəsait ayrımır. Həmçinin azərbaycanlıların soyqırımlarını araşdıran, kitablar yazan alimlərə köməklik göstərilmir.

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 1905-ci ildə Azərbaycanın Umudlu kəndində törədilmiş soyqırım barədə ölkə ictimaiyyətinin hələ də tam məlumatlı omadığını, Arazboyu ərazilərdən bir milyona yaxın azərbaycanlı yurdlarından köçürülb, əksəriyyəti qətlə yetirilib.

Professor, millət vəkili Cəmil Həsənli isə bildirib ki, 1918-ci il soyqırımlarına, həmçinin bölgədəki milli münaqişələrə dair Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi unikal kampakt disklər buraxılıb, Tarix İnstitutu iki cilddə Qarabağ Ensiklopediyası hazırlayıb, 31 mart soyqırımına dair bir neçə elmi dissertasiyalar yazılıb.

Xəbər lenti

Xəbər lenti