...

Azərbayacan və Kanada investisiyaların genişləndirilməsi barədə razılaşma imzalayacaq

Siyasət Materials 29 Mart 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Yaxın zamanlarda Azərbaycan və Kanada ekspertləri iki ölkə arasında investisiyaların genişləndirilməsi və qarşılıqlı qorunması barədə sazişin imzalanması üçün danışıqlara başlayacaqlar. Bu barədə müzakirələr Azərbaycanın Kanadadakı səfiri Fəxrəddin Qurbanovun Kanadanın Beynəlxalq Ticarət Daimi Komitəsinin sədri Leon Benoitlə görüşündə müzakirə olunub.

Səfir F.Qurbanov Azərbaycanla Kanada arasındakı hazırkı əlaqələrdən, ölkədə gedən inkişaf, aparılan islahatlar, xüsusilə əlverişli investisiya mühütü və iqtisadi layihələrdən danışıb. Diplomat Azərbaycanın ÜDM-in artım tempinə görə dünyada lider dövlət olduğuna diqqəti yönəldib. Görüşdə qeyd olunub ki, Azərbaycan bölgədə həyata keçirilən enerji və nəqliyyat layihələrinin əsas təşəbbüsçüsüdür və Azərbaycanda Kanada səfirliyinin açılması Kanada iş adamlarının Azərbaycanda investisiya yatırımlarına, iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da inkişafına şərait yaradacaq.

Səfir L.Beoniti Kanada parlamentində Kanada-Azərbaycan parlamentlərarası dostluq qurupunun yaradılmasında iştirak etməyə dəvət edib. Təklif qəbul olunub.

Xəbər lenti

Xəbər lenti