...

Milli Demokrat Partiyası da müxalifətin yeni birliyinə qoşulacaq

Siyasət Materials 29 Mart 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yaxın zamanda müxalifətin yeni birliyinin yaradılması elan olunacaq. Bu barədə Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov məlumat verib.

O bildirib ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə müxalifət düşərgəsində yeni siyasi birliyin yaradılmasına dair partiyalar arasında danışıqlar aparılır. Həmidovun sözlərinə görə, müxalifət partiyaları arasında bu müzakirələrdən imtina edən yoxdur.

"Hazırda danışıqlar davam edir və yaxın zamanda müzakirələr başa çatdırılacaq, qərarlar qəbul olunacaq. Aprelin sonuna kimi yeni bir birliyin yaradılması gözlənilir"-deyə Həmidov açıqlama verib.

Müxalifətçi Milli Demokart (Boz Qurd) Partiyasının sədri İ.Həmidov 1992-93-cü illərdə Azərbaycanın daxili işlər naziri olub.

Xəbər lenti

Xəbər lenti