...

Misirin xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 29 Mart 2007 18:08 (UTC +04:00)
Misirin xarici işlər naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bu il Misirin xarici işlər naziri Əhməd Əbu əl-Qeyt Azərbaycana rəsmi səfər edəcək. Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun bildirdiyinə görə, hazırda səfərin tarixi dəqiqləşdirilir. Ola bisin ki, səfər bu ilin ikinci yarısında baş tutsun. Səfərdə iki ölkə arasındakı mühüm siyasi və iqtisadi məsələlər müzakirə olunacaq. Eyni zamanda bu, 2005-ci ildə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Misirə səfərinə cavab xarakteri daşıyır.

Diplomatın bildirdiyinə görə, gələcəkdə dövlət başçıları İlham Əliyev və Hüsnü Müabarəkin də səfər imkanları nəzərdən keçirilir.

Ümumilikdə Bağırov hazırda ölkələrimiz arasında olan siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıq səviyyəsindən razılıq ifadə etməklə bunun hüquqi baza ilə daha da mölhkəmlənəcəyini bildirib. Onun sözlərinə görə, indi tərəflər arasında bir çox sahələri əhatə edəcək əlaqələri möhkəmləndirəcək ikitərəfli razılaşma layihələri hazırlanır.

Xəbər lenti

Xəbər lenti