...

İsveçrə səfiri: "İsveçrə ilə Azərbaycan arasında 120 milyon dollar həcmində mal dövriyəsi olub"

Siyasət Materials 29 Mart 2007 19:58 (UTC +04:00)
İsveçrə səfiri: "İsveçrə ilə Azərbaycan arasında 120 milyon dollar həcmində mal dövriyəsi olub"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İsveçrə ilə Azərbaycan arasında mal dövriyyəsi ötən il 120 milyon ABŞ dolları həcmində olub. Bu barədə İsveçrənin Azərbaycandakı (həmçinin Türkiyədəki) səfiri Valter Giyer açıqlama verib.

Səfir martın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, İsveçrə hər il Azərbaycana 4-5 milyon dollar vəsait yatırır. V.Giyerin sözlərinə görə, bu, kiçik bir ölkə üçün çox böyük rəqəmdir. Giyer ölkəsinin Azərbaycanla energetika, özəl sektor, investisiya yatırımı, bank sahəsi, mədəniyyət və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.

Səfir həmçinin Azərbaycanda bir neçə nazirlikdə görüş keçirdiyini, iki ölkə arasında mühüm sahələr üzrə əməkdaşlığa dair müzakirələr apardığını deyib: "Keçirdiyim görüşlərdə mənə deyirdilər ki, Azərbaycan neftdən gələn gəlir hesabına günü-gündən inikşaf edir. Bu, artıq bizim üçün Azərbaycanla hansı sahələrdə yaxın əməkdaşlıq etməyimizi müəyyənləşdirir".

Səfir əlavə edib ki, Bakıdakı diplomatik nümayəndəliyin vəzifəsi həm də Azərbaycan Milli Bankının İsveçrədəki Dünya Bakı ilə əlaqələrini, inteqrasiyasını sürətləndirməyə kömək göstərməkdir.

Səfir qeyd edib ki, İsveçrə hökuməti Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla bağlı siyastinə yenidən baxır. Azərbaycanda səfirliyin açılması da əməkdaşlığın perspektivinin göstəricisidir.

Xəbər lenti

Xəbər lenti