...

Azərbaycan XİN başçısı Litva səfirini qəbul edib

Siyasət Materials 29 Mart 2007 21:12 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Kestutis Kudzmaması qəbul edib. Bu barədə Trend XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib. K.Kudzmamas Cənubi Qafqaz ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinin Litvanın xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini və ölkəsi tərəfindən Bakıda səfirliyin açılmasının buna bilavasitə sübut olduğunu diqqətə çatdırıb, Azərbaycan səfirliyinin də qısa zaman ərzində açılacağına ümidvar olduğunu bildirib.

Elmar Məmmədyarov da öz növbəsində qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, ikitərəfli münasibətlərin inkişafında mühüm məqamları xatırladıb, səfirə ölkəmizdəki gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti