...

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcək

Siyasət Materials 30 Mart 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd 2007-ci ilin payızında ölkəmizə səfər edəcəklər. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva cümə günü Strasburqda məlumat verib.

O, qeyd edib ki, AŞPA-nın yaz sessiyasında Azərbaycanın öhdəlikləri ilə bağlı müzakirələr aparılacaq. Həmin müzakirələr zamanı ölkəmizlə bağlı hansısa tövsiyyələrin irəli sürülməsi mümkündür: "Bundan sonra həmin tövsiyyələrin yerinə yetirilməsi ilə bağlı komitələrdə dinləmələr keçirilə bilər. Yəqin ki, həmməruzəçilərin Azərbaycana səfəri həmin dinləmələrdən sonraya təsadüf edəcək".

Xəbər lenti

Xəbər lenti