...

Ermənistanın AŞPA-dakı nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etməyəcək

Siyasət Materials 30 Mart 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun aprel ayında keçiriləcək yaz sessiyasında iştirak etməyəcək. Bu barədə cümə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti bunu may ayının 12-də ölkələrində keçiriləcək parlament seçkiləri ilə izah edirlər: "Erməni deputatlar bildiriblər ki, onlar qarşıdan gələn seçkilərə hazırlaşdıqlarına görə AŞPA-nın yaz sessiyasında iştirak etməyəcəklər."

R.Hüseynov qeyd edib ki, buna görə də Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi çərçivəsində görüşü də baş tutmayacaq.

AŞPA-nın yaz sessiyasında Azərbaycanın öhdəlikləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti