...

Azərbaycan və Polşa prezidentləri birgə bəyanat imzalayıblar

Siyasət Materials 30 Mart 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Martın 30-da Azərbaycan prezidenti Ilham Əliyev Bakıya səfərə gəlmiş Polşa prezidenti Lex Kaçinskini qəbul edib. Əvvəlcə prezidentlərin təkbətək görüşü olub.

Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Polşa əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin genişlənməsinə təkan verir. Beynəlxalq təşkilatlarda, habelə Avropa qurumlarına inteqrasiya sahəsində əməkdaşlıq dinamik inkişaf edir.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra görüş hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdən sonra prezidentlər İlham Əliyev və Lex Kaçinski birgə bəyanat imzalayıblar.

Xəbər lenti

Xəbər lenti