...

Azərbaycan Ədalət Partiyası müxalifətin yeni blok yaratmaq cəhdini real saymır

Siyasət Materials 31 Mart 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Müxalif Ədalət Partiyasının (ƏP) sədri, millət vəkili İlyas İsmayılov müxalifətin yeni blok yaratmaq barədə səslənən fikirlərinin yalnız söz davası olduğu barədə açıqlama verib. İsmayılov Trend in əməkdaşına şənbə günü bildirib ki, müxalifətin yeni blok yaratmaq təklifi real görünmür.

İsmayılov bunu yenə müxalifət düşərgəsində birincilik uğrunda mübarizənin olduğu ilə izah edib: "Artıq indidən yenə də müxalifətin sərhədlərinin müəyyənləşdirilməsi təklifi səsləndirilir. Müəyyən iddialar ortalığa qoyulur".

Xəbər lenti

Xəbər lenti