...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti aprelin 14-də Strasburqa yola düşəcək

Siyasət Materials 2 Aprel 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 14-də Strasburqa yola düşəcək. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti pəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva məlumat verib.

O qeyd edib ki, AŞPA-nın yaz sessiyası aprelin 16-da başlayacaq və 20-dək davam edəcək. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı məruzə müzakirə olunuacaq.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov başçılıq edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Mirzəzadə, Aydın Abbasov, Əkrəm Abdullayev, Fəzail İbrahimli, Aynur Quliyeva, Əli Hüseynov və Elmira Axundova daxildir.

Xəbər lenti

Xəbər lenti