...

MDB büdcəsində kəsir 2007-ci ildə 41,7 mln. rubl ola bilər

Siyasət Materials 3 Aprel 2007 14:37 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin qiymətləndirməsinə əsasən, 2007-ci ildə MDB-nin büdcə kəsiri 41,7 mln.rubl ola bilər.

Bu barədə 2007-ci ildə MDB vahid büdcə orqanına üzv dövlətlər tərəfindən köçürmələr barədə məlumatda göstərilib.

"Bu il MDB vahid büdcəsinin dolması problemi ciddi surətdə kəskinləşib",-deyə sənəddə göstərilib.

İlkin olaraq bu çətinliklər onunla şərtlənir ki, bir sıra dövlətlərin ödəmə öhdəliklərinin həcmi nəzərə çarpacaq dərəcədə azalıb.

İcraiyyə komitəsi vahid büdcənin tam dolmamasının səbəblərini dövlətlərin çoxunun öz öhdəliklərini nizamsız həyata keçirməsi ilə əlaqələndirib.

"Yaxın perspektivdə, bizim qiymətləndirməmizə görə, büdcənin dolması ilə bağlı məsələ daha da kəskinləşəcək",-deyə sənəddə göstərilib.

Komitə həmçinin göstərib ki, MDB orqanları bu ilin payızında, kəsirlər praktikada müşahidə olunduğu zaman daha ciddi problemlərlə qarşılaşacaq.

Arayış. MDB İqtisadi Şurasının 27 dekabr 2006 cı il tarixli qərarına əsasən, 2007-ci üçün MDB vahid büdcə orqanının gəlirləri 336,735 mln. rubl müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti