...

Ötən ay sərhəd pozucusu qismində 9 nəfər saxlanılıb

Siyasət Materials 3 Aprel 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Cari ilin mart ayında sərhəd pozucusu qismində 9 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən çərşənbə axşamı Trend ə verilən xəbərə görə, sərhəd pozucularından 5-i İran, 3-ü Gürcüstan, 1-i Əfqanstan vətəndaşlarıdır.

Ay ərzində sərhəd rejimi qaydalarını pozduqlarına görə, 15 halda 25 nəfər saxlanılıb. Sərhəd rejimi qaydalarını pozanların 24-ü Azərbaycan, 1-i Gürcüstan vətəndaşlarıdır. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində axtarışda olan 62 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Sərhəd-nəzarət məntəqələrində 6 halda 8 nəfər saxta sənədlərlə, 2 halda 2 nəfər özgəsinə məxsus sənədlərlə dövlət sərhədlərmizi keçməyə cəhd göstərərkən, 2 nəfər Gürcüstan vətəndaşı isə xaricə gedən nəqliyyat vasitələrinə gizli şəkildə minməyə cəhd edərkən saxlanılıb.

49 Azərbaycan, 3 Gürcüstan, 3 Türkmənistan, hər ölkədən bir nəfər olmaqla İran, Türkiyə, Ukrayna, Rusiya və Qırğızıstan vətəndaşı müvafiq sənədləri olmadığına görə, 41 İran, 12 Türkiyə, 5 Böyük Britaniya, 3 Şri-Lanka, hər ölkədən 2 nəfər olmaqla Hindistan, Avstriya, Malaziya, Sinqapur, Litva, Özbəkstan və Nigeriya, hər ölkədən 1 nəfər olmaqla Tayland, İraq, Pakistan, Filippin, Əlcəzair, Mərakeş və İndoneziya vətəndaşı və bir nəfər vətəndaşlığı olmayan şəxs vizaları olmadığı üçün saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Xəzər dənizində sərhədboyu rejimə əməl etmədiklərinə görə, 3 gəmi və 26 qaydada 75 nəfər saxlanılıb, 17 min 528 metr balıqovlama torları, 2500 ədəd qarmaqlı balıqovlama vasitəsi aşkar olunaraq götürülüb.

Ay ərzində 52 halda ümumi dəyəri 33 min 470 manat olan qaçaq malın sərhəddən keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti