...

Azərbaycanın fövqəladə hallar naziri Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 3 Aprel 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Cənubi Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti direktorunun birinci müavini Li Su Hyukun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Fövqəladə Hallar Nazirliyindən çərşənbə axşamı Trend ə verilən məlumata görə, nazir inkişaf edən Azərbaycan-Koreya əməkdaşlığının gələcək perspektivlərindən danışaraq qeyd edib ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında təhlükəsizlik sahəsində əlaqələrin genişlənməsinə xidmət edir.

Cənubi Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti direktorunun birinci müavini Li Su Hyuk bu cür görüşlərin iki dost ölkə arasında mövcud münasibətlərin daha da dərinləşməsinə müsbət stimul verdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Xəbər lenti

Xəbər lenti