...

Qazaxıstan baş nazirini Azərbaycana səfərdə nazir və idarə rəhbərlərindən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək

Siyasət Materials 3 Aprel 2007 18:06 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Aprelin 3-də Qazaxıstan baş naziri Kərim Məsimovu Azərbaycana başlayan rəsmi səfərində nazirlik və idarə rəhbərlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edəcək. Trend in Astanadakı xüsusi müxbirinin verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, kənd təsərrüfatı naziri Əhmədcan Esimov, nəqliyyat naziri Serik Əhmədov, energetika naziri Bəxtiqoca İzmuxambetov, sənaye və ticarət naziri Halim Orazbayov, xarici işlər nazirinin müavini Kayrat Əbdrəhmanov daxildir.

Nümayəndə heyətinin tərkibində həmçinin Qazaxıstan Milli Bankının sədri Qriqori Marçenko, "KazMunayQaz"ın prezidenti Uzakbay Karabalin, "İnterqaz Mərkəzi Aciya" şirkətinin baş direktoru Daniyar Berlibayev daxildir.

Qazaxıstan baş nazirinin səfərini "Xabar", "Kazaxstan" telekanalları və "Kazpravda", "Ekspress-K" qəzetlərinin təmsilçiləri işıqlandıracaqlar.

Qazaxıstan baş naziri aprelin 3-də axşam Azərbaycana gələcək və ayın 4-də axşam Bakını tərk edəcək.

Xəbər lenti

Xəbər lenti