...

Məşhur rus tarixçi-yazıçısı Azərbaycan generalı Cəmşid Naxçıvanski barədə kitab üzərində işləyir

Siyasət Materials 3 Aprel 2007 19:24 (UTC +04:00)
Məşhur rus tarixçi-yazıçısı Azərbaycan generalı Cəmşid Naxçıvanski barədə kitab üzərində işləyir

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Naxçıvan xanlarının nəslindən olan hərbi komandir Cəmşid Naxçıvanski barədə nadir arxiv materialları rusiyalı tarixçi - qafqaşünas Rudolf İvanovun yeni kitabına daxil olacaq.

Çərşənbə axşamı Rudolf İvanovun Trend ə verdiyi məlumata görə, çar ordusunun generalı Naxçıvanski barədə arxiv materiallarını o, Naxçıvandan və Rusiya Federal təhlükəsizlik xidmətinin arxivlərindən toplayıb. Alim qeyd edib ki, materiallarda rus ordsusu generalının həyatı, şərəfli xidməti, 1938-ci ildə həbs şəraiti, məhkəməsi və ölümü ilə bağlı faktlar cəmləşib.

İvanovun Naxçıvanski barədə əsəri tarixi monoqrafiyadır.

Müəllifin sözlərinə görə, kitabın böyük hissəsi artıq yazılıb. Ola bilsin ki, ilin ortasına qədər kitab tam hazır olsun.

Rudolf İvanov 23 kitab, 200 məqalənin müəllifidir. Bunların içərisində xeyli sayda Rusiya imperiyası və Qafqaza aid əsərlər, Qafqaz xalqlarının həyatına həsr olunmuş kitablar, Qafqaz xalqları nümayəndələrinin qəhrəmanlıqları, Rusiya imperiyasının çiçəklənməsində göstərdikləri xidmətlər barədə yazılar var. Ötən il müəllifin "Bayzaetin müdafiəsi: həqiqət və yalan" tarixi povesti və "General-adyutant, əlahəzrət Hüseyn xan Naxçıvanski barədə hekayələr" əsəri işıq üzü görüb.

Xəbər lenti

Xəbər lenti