...

ADP-nin rayon təşkilatlarından istefalar barədə məlumatlar təkzib olunur

Siyasət Materials 3 Aprel 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət olan Azərbaycan Demokrat Partiyasının (ADP) Nizami, Nəsimi və Əli Bayramlı rayon təşkilatlarından partiya üzvlərinin istefa verməsi barədə məlumatlar təkzib olunur. Bu barədə ADP funksioneri Həsrət Rüstəmov çərşənbə axşamı açıqlama verib.

O bildirib ki, üç rayon təşkilatının istefa verərək bundan sonra "Azərbaycan Yolu" Siyasi Hərəkatında fəaliyyət göstərəcəkləri barədə mətbuatda yayılan məlumatlar araşdırılıb: "Araşdırma nəticəsində məlum olub ki, belə informasiyaların heç bir hüquqi əsası yoxdur. Bu bəyanatlar da indiyədək verilən analoji bəyanatlar kimi yalan və saxtadır. Bəyanatda adları çəkilən şəxslərin heç biri ADP-nin üzvü deyil və heç vaxt da olmayıblar"-deyə Rüstəmov bildirib.

Onun sözlərinə görə, Əli Bayramlı rayon təşkilatı özü bəyanatla çıxış edərək bildirib ki, KİV-də ADP-nin bu şöbəsinin üzvü kimi təqdim olunan şəxslərin heç birinin partiyaya aidiyyəti yoxdur.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyevin tərəfdarlarına bölünüb.

Xəbər lenti

Xəbər lenti