...

Millət vəkili Mehriban Əliyeva Fransa senatının sədri ilə görüşüb

Siyasət Materials 3 Aprel 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində bu ölkə senatının sədri Kristian Ponsele ilə görüşüb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Senat sədri onun dəvətini qəbul etdiyi üçün Mehriban xanıma təşəkkürünü bildirib, son vaxtlar Azərbaycan-Fransa münasibətlərinin daha intensiv inkişaf etdiyini diqqətə çatdırıb. Ponsele Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə və sülh yolu ilə həllində maraqlı oldduğunu deyib.

Mehriban Əliyev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını senatın sədrinə çatdırıb, Fransa-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafından məmnunluğunu söyləyib, YUNESKO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti haqqında məlumat verib.

M.Əliyev sonra Parisin zinət əşyaları sərgisi ilə tanış olub, talassemiyalı xəstələrin müalicə olunduğu xəstəxanaya baş çəkib.

Xəbər lenti

Xəbər lenti