...

Gürcüstanın baş naziri Bakıya gəlib

Siyasət Materials 4 Aprel 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bu gün Gürcüstanın baş naziri Zurab Noqaideli birgünlük səfərlə bakıya gəlib. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin bildirdiyinə görə, Gürcüstanın hökumət başçısının səfər proqramına Azərbaycanın baş naziri Artur Rasizadə ilə danışıqlar, Azərbaycan, Gürcüstan və Qazaxıstan hökumət başçılarının iştirakı ilə üçtərəfli məsləhətləşmələrdə iştirak daxildir.

Zurab Noqaidelini Azərbaycan prezidenti İlham Əliyevin də qəbul ediləcəyi gözlənilir.

Görüşlərdə Azərbaycan-Gürcüstan əməkdaşlığı, həmçinin Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Gürcüstan hökumətinin başçısı bu axşam Tiflisə dönəcək.

Xəbər lenti

Xəbər lenti