...

Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynada nümayəndəsi təyin olunub

Siyasət Materials 4 Aprel 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Ukraynada nümayəndəliyi açılıb. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Zəfər Əbiyev DİN-in Ukraynadakı nümayəndəsi təyin olunub.

Əbiyev bu vəzifəyə təyin olunmazdan öncə Şəmkir rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

DİN-in Gürcüstan, Rusiya və Qazaxstanda nümayəndəlikləri artıq fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti