...

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti direktorunun birinci müavini Azərbaycana səfər edib

Siyasət Materials 4 Aprel 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti direktorunun birinci müavini Li Su Hyukun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Azərbaycanda işgüzar səfərdə olub. Həmkarlarını qəbul edən milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhdidlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ondan irəli gələn fəsadlar barədə danışıb. Nazir beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə əlaqədar MTN-də yeni təhdidlərə qarşı həyata keçirilən adekvat tədbirlər və onların konkret nəticələri barədə məlumat verib.

Li Su Hyuk Azərbaycan və Cənubi Koreyanın təhlükəsizlik maraqlarının təmin olunması sahəsində akuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən qazı qalıb.

Xəbər lenti

Xəbər lenti