...

Rəsmi Bakı əmindir ki, separatçı Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"ni beynəlxalq ictimaiyyət tanımayacaq

Siyasət Materials 4 Aprel 2007 18:19 (UTC +04:00)
Rəsmi Bakı əmindir ki, separatçı Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"ni beynəlxalq ictimaiyyət tanımayacaq

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Rəsmi Bakı əmindir ki, Dağlıq Qarabağ adlandırılan respublikada qarşıdan gələn "prezident seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim 19 iyul 2007-ci il tarixinə Dağlıq Qarabağda təyin olunmuş "prezident seçkiləri" barədə məlumatı şərh edərkən bəyan edib.

"Hüquqi, siyasi və istənilən nöqteyi-nəzərdən bu cür "seçkilər" heç bir əsasa malik deyil", - deyə mətbuat katibi bildirib. "Azərbaycanın işğal olunmuş ərazilərində bu günə qədər keçirilmiş bu cür seçki və ya orada qalan əhalinin rəyininin öyrənilməsi ilə əlaqədar tədbirlər dünyanın heç bir dövləti və beynəlxalq təşkilatlar da daxil olmaqla ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.

"Bura həmçinin ATƏT-in Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədr dövlətlərini də aid etmək olar", - deyə X.İbrahim fikrini yekunlaşdırıb.

"DQR Milli Məclisi"nin prezident seçkilərinin 19 iyun 2007-ci ildə keçirilməsi ilə bağlı qərarını bu gün Ermənistanın "Mediamaks" agentliyi yayıb. Namizədlərin irəli sürülməsi seçkilərə 90 gün qalmış başlayacaq. 1997-ci ildən prezidentlik postunda olan "respublika"nın hazırki rəhbəri Arkadi Qukasyan bu yaxınlarda qəbul olunmuş "Konstitusiya"da göstərildiyi kimi üçüncü müddətə namizədliyini irəli sürmək imkanının olmasına baxmayaraq qarşıdan gələn "seçkilərdə" iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti