...

Azərbaycan və Cənubi Koreyanın hakim partiyaları arasında əlaqələr müzakirə edilib

Siyasət Materials 5 Aprel 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun cümə axşamı Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-Çul ilə partiyanın mənzil qərargahında keçirdiyi görüşdə iki ölkənin hakim partiyaları arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi məsələsi müzakirə olunub. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib.Görüşdə Cənubi Koreya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və onun inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Səfir koreyalı iş adamlarının iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycana hədsiz maraq göstərdiyini bildirib. Lyu Kvanq-Çul rəsmi Seulun ölkələrimiz arasında təkcə iqtisadi deyil, həmçinin, elm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.Görüşdə həmçinin Yeni Azərbaycan Partiyası ilə Cənubi Koreyanın hakim LUİ partiyası arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.Koreya Respublikasının ölkəmizdəki səfirliyinin I katibi cənab Çol Yunqbay və YAP icra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak ediblər.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti