...

Müsavatın yürüş-mitinqinə bir neçə müxalifət partiyası qoşulacaq

Siyasət Materials 5 Aprel 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının aprelin 29-da keçirəcəyi növbəti yürüş-mitinqdə bir neçə müxalifət partiyası da iştirak edəcək. Bu barədə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Klassik Xalq Cəbhəsi Partiyası, Xalq Cümhuriyyət, "Əmək", "Xalq", "Əhrar" və digər partiyalar bu etiraz aksiyasına qoşulacaqlar. Hacılının sözlərinə görə, yürüş-mitinqə az vaxt qalmış Müsavat bütün müxalifətə müraciət edəcək: "Çünki bu aksiya şəxsi siyasi maraqlara deyil, ümumxalq maraqlarına xidmət edir".

Müxalifətçi Müsavat Partiyası Azərbaycanda erejidaşıyıcıların, kommunal xidmətlərin və digər sahələrdə qiymətlərin bahalaşmasına etiraz edir.

Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti