Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın xarici işlər naziri Pakistana səfər edəcək. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin bildirdiyinə görə, nazir 15-17 mayda İslamabadda kelçiriləcək İslam Konfransı Təşkilatının növbəti sessiyasınada iştirak edəcək.
Sessiyanın gedişində XİN rəhbəri Şurada sədrlik səlahiyyətlərini Pakistanlı həmkarına verəcək. Azərbaycan 2006-cı ilin mayından etibarən İKT Şurasında sədrlik edir. 2008-ci ilin may ayına qədər isə bu səlahiyyətləri Pakistan həyata keçirəcək.