...

Azərbaycan XİN rəhbəri Yaxın Şərq ölkələri ilə münasibətlərin perspektivini müzakirə edəcək

Siyasət Materials 5 Aprel 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın xarcici işlər naziri Elmar Məmmədyarov aprelin 8-11-də Yaxın Şərq ölkələri - İordaniya, Suriya və Livana nəzərdə tutulan səfəri zamanı bu ölkələrlə əlaqələrin inkişaf perspektivini müzakirə edəcək. Bu barədə cümə axşamı XİN mətbuat xidməçtinin rəhbəri Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, səfər İordaniyadan başlayacaq. Gözlənilir ki, İordaniyada nazir öz həmkarı və baş nazir, həmçinin Əmman şəhərinin meri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və İordaniya arasınada əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

İordaniayadan Azərabayacan XİN rəhbəri Suriyaya yola düşəcək. Suriyada Məmmədyarov öz həmkarı və vitse-prezidentlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti