...

Nargin adasında türklərə abidə ucaldıla bilər

Siyasət Materials 6 Aprel 2007 12:04 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/Türkiyənin Böyük Millət Məclisinin deputatı Turxan Çöməz Azərbaycanın Nargin adasında hərbi əsirlər düşərgəsində həlak olmuş türk əsgərlərinə abidə ucaldılmasını təklif edir. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına əsasən, bu təklifllə deputat Azərbaycana səfərindən qayıtdıqdan sonra Türkiyənin xarici işlər naziri Abdulla Gülə müraciət edib.

Çöməzin məlumatına əsasən, I dünya müharibəsi dövründə adada təxminən 10 min türk, əsasən də hərbçilər həlak olub. Onların arasında həmçinin 1914-1915-ci illərdə Çar Rusiyasının hərbi qoşunlarının Şərqi Anadolunun təcavüzü nəticəsində Türkiyəyə əsir düşmüş və daha sonra Nargin adasında həbs altında olan mülki vətəndaşlar da olub.

Adada saxlanılan hərbi əsirlər əsasən acından, susuzluqdan, ilan sancmasından və həmçinin qətl və işgəncə nəticəsində həlak olub. Türk hərbi əsirlərinin kütləvi məhv edilməsində türmə mühafizə dəstəsi ilə yanaşı erməni millətinin nümayəndələri də olub. Lakin bəzi türk hərbi əsirlərinə adadan qaçmaq müyəssər olub. Onların arasında ilk türk təyyarəçilərindən olan Vəçihi Hürküs də olub. O, adadan Bakıya üzərək yerli azərbaycanlıların köməyi ilə Türkiyəyə gedə bilib.

Deputat Çöməzin fikrincə, Nargin adasında abidə türk əsgərlərinin xatirəsinə ehtiram nümunəsi olacaq.

Xəbər lenti

Xəbər lenti