...

Azərbaycan prezidenti Türkiyənin Radio-Televiziya Ali Şurasının sədrini qəbul edib

Siyasət Materials 6 Aprel 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikasının grezidenti İlham Əliyev cümə günü Bakıda səfərdə olan Türkiyənin Radio-Televiziya Ali Şurasının sədri Zahid Akmanı qəbul edib. Dövlət başçısı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycanda Türkiyə, Türkiyədə isə Azərbaycan televiziyalarının yayımlanmasının əhəmiyyətini diqqətə çatdıran İlham Əliyev bu sahədə işbirliyinin genişləndirilməsi haqqında müzakirələrin aparılmasının zəruri olduğunu deyib.

Qonaq bildirib ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsinə, mədəniyyətlərin qarşılıqlı şəkildə tanıdılmasına böyük ehtiyac var.

Xəbər lenti

Xəbər lenti