...

NATO Parlament Assambleyası yaz sessiyasının gündəliyi açıqlanıb

Siyasət Materials 7 Aprel 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyası (NATO PA) yaz sessiyasının gündəliyi açıqlanıb. Bu barədə şənbə günü Bakıda Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

S.Novruzov qeyd edib ki, mayın sonunda İspaniyada qurumun yaz sessiyası keçiriləcək. Sessiya çərçivəsində NATO PA-nın Müdafiə, Təhlükəsizlik, Siyasi məsələlər və Mülki Standartlar komitələrinin iclasları keçiriləcək və orada bir sıra məsələlər müzakirə ediləcək.

S.Novruzov qeyd edib ki, sessiyanın gündəliyinə daxil edilən məsələlər əsasən İran, Əfqanıstan və İraqla bağlıdır. Onun sözlərinə görə, sessiyada Avropada enerji təhlükəsizliyi məsələsi və NATO-Rusiya münasibətləri müzakirə ediləcək.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin müzakirələrdə fəal iştirak edəcəyini vurğulayan millət vəkili əlavə edib ki, sessiyada nəzarətsiz ərazilər və həmin ərazilərdə toplanan qanunsuz silahlarla bağlı məsələ qaldıracaqlar.

Xəbər lenti

Xəbər lenti