...

Millət vəkili: " İki uşaqı olan çağırışçılar hərbi xidmətə aparılmamalıdır "

Siyasət Materials 7 Aprel 2007 12:46 (UTC +04:00)
Millət vəkili: " İki uşaqı olan çağırışçılar hərbi xidmətə aparılmamalıdır "

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ İki uşaqı olan çağırışçılar hərbi xidmətə aparılmamalıdır. Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov bu fikirdədir.

Bu barədə şənbə günü Bakıda məlumat verən Novruzov qeyd edib ki, valideyni hərbi xidmətə aparılan iki uşağın saxlanılması məsələsi var və bu, heç də asan məsələ deyil.

"Əgər vətəndaş dövlət orqanında çalışırsa və oradan hərbi xidmətə aparılırsa, onun məvacibi ailəyə çatmır. Ona görə də həmin iki uşağın böyüdülməsi ən mühüm məsələ olmalıdır", - deyə Novruzov əlavə edib.

Millət vəkili deyib ki, yenidən bu məsələyə baxılması vacibdir. Onun fikrincə, Azərbaycan hərbi xidmətə çağırışın əsaslarını NATO standartlarına uyğunlaşdırmalıdır. "Azərbaycan ordusu 2007-ci ildə NATO standartlarına keçib və tədricən müxtəlif sahələrdə bu standartlar tətbiq olunur. Bu, hərbi çağırışın əsaslarına da şamil olunmalıdır", -deyə S.Novruzov əlavə edib.

Xəbər lenti

Xəbər lenti