...

"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunda dəyişikliklər ediləcək

Siyasət Materials 7 Aprel 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunda dəyişikliklər ediləcək. Bu barədə şənbə günü Bakıda Milli Məclisin Regional məsələlər daimi komissiyanın sədri Arif Rəhimzadə məlumat verib.

A.Rəhimzadə bildirib ki, 2000-ci ildə qəbul olunmuş bu qanuna həyatın tələbi, ötən dövr ərzində ölkəmizdə gedən inkişafla əlaqədar bir sıra düzəlişlərin edilməsinə zərurət yaranıb.

Onun sözlərinə görə, cəmi 15 maddədən ibarət qanunun 9 maddəsinə dəyişiklik edilib,  əsas anlayışlara dair  2-ci maddə isə tam yeni redaksiyada verilib. Buraya dövlət hakimiyyəti orqanı, yerli dövlət hakimiyyəti orqanı və şəhər rayonları barədə üç yeni maddə də əlavə olunub. Yeni layihəyə görə, Milli Məclis tərəfindən on ildən bir "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü"nə dair məlumat toplusu nəşr olunacaq.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti